Moskvada Rusiya ordusunun general-leytenantı öldürülüb


Moskvanın Yasenevaya küçəsində baş verən partlayış nəticəsində Rusiya Silahlı Qüvvələri Baş Qərargahının əməliyyat hazırlığı şöbəsinin rəisi, general-leytenant Fanil Sarvarov həlak olub.
Yeniavaz.com
TASS-a istinadən xəbər verir ki, Sarvarovun mindiyi nəqliyyat vasitəsinin altına yerləşdirilmiş partlayıcı qurğu işə düşüb. General-leytenant aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsi cinayət işi açıb. İstintaq Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsi (ümumi təhlükəli şəkildə törədilmiş qətl) və 222.1-ci maddəsi (partlayıcı maddələrin qanunsuz dövriyyəsi) üzrə aparılır.
Hazırda hadisənin təfərrüatları araşdırılır, partlayışı törədən şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top