Ukrayna yeni sanksiyalar tətbiq edəcək


Ukrayna sanksiyalarla bağlı yeni qərarlar qəbul edəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalındakı videomüraciətində bildirib.
Zelenski hansı sanksiyalardan danışdığını və kimə qarşı tətbiq olunacağını dəqiqləşdirməyib.
Qeyd edək ki, noyabrın sonunda Zelenski Rusiya əleyhinə yeni sanksiyalar elan edib. Siyasətçi Ukraynanın ABŞ ilə sinxron sanksiyalar qəbul etdiyini və bu sanksiyaları Rusiyanın neft şirkətlərinə qarşı tətbiq etdiyini aydınlaşdırıb.
Xatırladaq ki, bundan əvvəl Ukrayna Prezidenti Rusiya, Barbados, Tanzaniya, Panama və Kamerunla əlaqəli olduğu iddia edilən 56 gəmiyə qarşı sanksiyalar tətbiq edən fərman vermişdi. 10 illik sanksiyalara lisenziyaların ləğvi, ticarət müqavilələrinin dondurulması, resursların daşınması və tranzitinin dayandırılması, Ukraynanın ərazi sularına girişin qadağan edilməsi və aktivlərin dondurulması daxildir.

DİGƏR XƏBƏRLƏR

Top