Türkiyə parlamentində dava – Video


Türkiyə Böyük Millət Məclisində ölkənin büdcəsinin müzakirəsi zamanı hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan qanunvericilər müxalifətdəki Cümhuriyyət Xalq Partiyasının nümayəndələri ilə qarşıdurma yaşayıblar.
Yeniavaz.com
“Haberler.com” portalına istinadla xəbər verir ki, səsvermə başa çatdıqdan sonra deputatlar arasında gərginlik və sözlü mübahisə qəfildən kütləvi davaya çevrilib.
Bildirilib ki, dava yalnız digər deputatların müdaxiləsindən sonra dayandırılıb.
2026-cı il büdcə təklifi səsvermə yolu ilə qəbul edilib, 320 deputat lehinə, 249 deputat isə əleyhinə səs verib.

DİGƏR XƏBƏRLƏR

Top