ABŞ bu ölkələrdən səfirlərini geri çağırır – Ermənistan da var


ABŞ Prezidenti Donald Trampın administrasiyası təxminən 30 xarici nümayəndəlikdə yüksək vəzifələr tutan diplomatlarını geri çağırmaq qərarına gəlib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Associated Press” (AP) agentliyi Dövlət Departamentinin adı açıqlanmayan rəsmilərinə istinadla məlumat yayıb.
AP-nin məlumatına görə, 29 Amerika xarici missiyasının rəhbərlərinə vəzifələrindəki müddətlərinin yanvar ayında başa çatacağı barədə məlumat verilib.
Agentliyin qeyd etdiyi kimi, yuxarıda adı çəkilən diplomatlar vəzifələrini ABŞ-nin 46-cı prezidenti Co Baydenin administrasiyası dövründə tutublar. Ən çox sayda Amerika səfiri Afrikadan geri çağırılır və ABŞ-nin 13 ölkədəki diplomatik nümayəndəliklərinin rəhbərləri vəzifələrinin ləğvi barədə bildiriş alıblar. Asiyada Tramp administrasiyası Vyetnam və Filippin də daxil olmaqla altı ölkədən səfirlərini geri çağırır.
Yaxın Şərqdə Əlcəzair və Misirdəki yüksək vəzifəli Amerika diplomatları geri çağırılma barədə bildiriş alıblar.
Kadr dəyişiklikləri ABŞ-nin Ermənistan, Şimali Makedoniya, Monteneqro və Slovakiyadakı səfirliklərinə də şamil ediləcək.

DİGƏR XƏBƏRLƏR

Top