Braziliyadan Azərbaycana 94 630 kiloqram heyvan dili gətirilib


Bu ilin ilk 10 ayında Azərbaycan xaricdən ümumi dəyəri 215,2 min dollar olan 94,63 ton dondurulmuş vəziyyətdə iribuynuzlu heyvanın dili idxal edib.
Yeniavaz.com
-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, xaricdən gətirilən heyvan dilinin 1 kiloqramının orta gömrük dəyəri 2,27 dollar (3,86 manat) olub.
Məlumat üçün bildirək ki, xaricdən idxal olunan heyvan dili yalnız Braziliyadan gətirilib.
Ötən ilin eyni dövrü ilə müqayisədə heyvan dilinin idxalı kəskin artıb. Belə ki, ötən ilin ilk 10 ayında Azərbaycana Rusiyadan cəmi 30 kiloqram heyvan dili gətirilib.
Qeyd edək ki, hazırda pərakəndə satış mağazalarında iribuynuzlu heyvanın (dana) dilinin qiyməti təxminən 20 manat təşkil edir.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top