Paşinyan Sankt-Peterburqda İlham Əliyevə təşəkkür edib – Video


Ermənistanın Baş naziri Nikol Paşinyan Sankt-Peterburqda keçirilən Ali Avrasiya İqtisadi Şurasının genişləndirilmiş iclasında çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
Yeniavaz.com
xəbər verir ki, Paşinyan çıxışında Azərbaycan ərazisindən Ermənistana malların tranzitinin açılması ilə bağlı qəbul edilən qərarı müsbət addım kimi dəyərləndirib.
Onun sözlərinə görə, bu qərar ikitərəfli ticarətin başlanması üçün şərait yaradır və regionda sülh və sabitliyin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Çıxışının sonunda Nikol Paşinyan Azərbaycan ərazisindən Ermənistana yük tranzitinin açılmasını region üçün mühüm nailiyyət adlandırıb: “Bu, regionda sülh və sabitliyin bərqərar olmasında ilk mühüm addımlardan biridir”.

DİGƏR XƏBƏRLƏR

Top