ABŞ Ədliyyə Nazirliyinin saytından Epşteynlə bağlı sənədlər silinib


ABŞ Ədliyyə Nazirliyinin veb-saytından “Epşteyn işi” ilə bağlı sənədləri ehtiva edən ən azı 16 fayl yoxa çıxıb.
Yeniavaz.com
“Associated Press”ə istinadən xəbər verir ki, silinən materiallar arasında ABŞ Prezidenti Donald Trampın fotosu da olub.
Media qurumu bildirir ki, sənədlər dərc edildikdən cəmi bir gün sonra hökumət tərəfindən heç bir izahat verilmədən saytdan silinib. Məlumata görə, cümə günü açıq olan, lakin şənbə günü əlçatan olmayan fayllar arasında çılpaq qadınları təsvir edən müxtəlif fotoşəkillər yer alıb.
Həmin sənədlərin birində Trampın həyat yoldaşı Melania Tramp və Epşteynin ilə birlikdə çəkilmiş şəkli də olub.
Sonradan "United States Department of Justice" açıqlama verərək bildirib ki, “fotoşəkillər və digər materiallar əlavə məlumat əldə edildikcə qanuna uyğun olaraq xüsusi ehtiyatla nəzərdən keçiriləcək və redaktə ediləcək”.
“Epşteyn işi” üzrə ABŞ-nin keçmiş prezidenti Bill Klintonun əvvəllər dərc olunmamış bir sıra fotoşəkilləri də yayılıb. Buna baxmayaraq, Trampa aid görüntülər nisbətən az olub. Hər iki şəxs Epşteynlə əlaqəli olsa da, sonradan onunla dostluqlarını inkar ediblər. Onlardan heç biri Epşteynlə bağlı hər hansı qanun pozuntusunda ittiham olunmayıb və fotoların ona qarşı irəli sürülən cinayət işlərində rol oynadığına dair heç bir sübut yoxdur.
Qeyd edək ki, Cefri Epşteyn 6 iyul 2019-cu ildə Nyu-York ştatının hüquq-mühafizə orqanları tərəfindən həbs edilib. Prokurorlar onun Manhettendəki evinə 2002-2005-ci illərdə ən kiçiyi 14 yaşında olan onlarla azyaşlı qız üçün məşhurların və zənginlərin səfərlər təşkil etdiyinə dair sübutların olduğunu bildiriblər. Epşteynin qonaqları arasında təkcə ABŞ-də deyil, həm də bir çox başqa ölkələrdə çoxlu sayda hazırkı və təqaüddə olan məmurlar, o cümlədən keçmiş dövlət başçıları, iri sahibkarlar və şou-biznes ulduzları olub. Epşteynin cinayət təqibi 2019-cu il avqustun 10-da həbsxana kamerasında intihar etdikdən sonra dayandırılıb.

DİGƏR XƏBƏRLƏR

Top