
Ermənistanın Baş naziri Nikol Paşinyan Sankt-Peterburqa işgüzar səfərə gəlib.
Yeniavaz.com xəbər verir ki, Nikol Paşinyan bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb.
Qeyd edək ki, bu gün Paşinyan Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak edəcək, sabah isə MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşü keçiriləcək.
Paşinyanın Rusiya Prezidenti Vladimir Putin ilə görüşü gözlənilir.
Tətbiqimizi yükləyə bilərsiniz