
Rusiya bankları müştərilərin böyük məbləğdə pul köçürmək istədikləri şəxslərlə qohumluq əlaqəsini araşdırmağa başlayıb.
Yeniavaz.com xəbər verrir ki, bu barədə “RIA Novosti” məlumat yayıb.
Bildirilib ki, belə köçürmə cəhdi zamanı əməliyyat əvvəlcə bloklanır. Daha sonra bank əməkdaşı müştəri ilə əlaqə saxlayır və əlavə məlumatlar soruşur — o cümlədən vəsaiti alan şəxsin tam məlumatlarını və onun müştəri ilə qohumluq əlaqəsini.
Qeyd olunur ki, bundan başqa, banklar pulun hansı məqsədlə göndərildiyi ilə də maraqlana bilərlər.
Rusiya Mərkəzi Bankının informasiya təhlükəsizliyi departamentinin direktoru Vadim Uvarov bildirib ki, banklar bütün köçürmələri mümkün dələduzluq əlamətləri baxımından yoxlayır və şübhəli əməliyyatları dayandırırlar ki, vəsaitlərin mənimsənilməsi ehtimalı azaldılsın.
Onun sözlərinə görə, 2025-ci il yanvarın 1-dən köçürmələr üzrə dələduzluq risklərinə dair yeni siyahı qüvvəyə minəcək. Həmin siyahıya iki yeni bənd əlavə olunacaq: onlayn-bankinqə giriş üçün telefon nömrəsinin dəyişdirilməsi və Sürətli Ödənişlər Sistemi vasitəsilə öz adına iri məbləğdə pul köçürülməsi.
Tətbiqimizi yükləyə bilərsiniz