Yağ yükünün içindən 83 min dərman və tibbi vasitələr çıxdı – Video


Külli miqdarda dərman və tibbi vasitələrin qanunsuz yolla Azərbaycana gətirilməsinin qarşısı alınıb.
Yeniavaz.com
Dövlət Gömrük Komitəsinin yaydığı məlumata istinadla xəbər verir ki, bu Balakən Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində mümkün olub.
“Mazımqara gömrük postunda Türkiyədən Azərbaycana günəbaxan yağı yükü gətirən nəqliyyat vasitəsinə stasionar rentgen qurğusu vasitəsilə baxış keçirilib və monitorda şübhəli təsvirlər müşahidə olunduğundan yükə gömrük yoxlaması tətbiq edilib.
Yoxlama zamanı gömrük orqanına bəyan edilməyən 83 min ədəd dərman və tibbi vasitələr aşkar olunub.
Faktla bağlı araşdırma aparılır”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top