“Putin Əliyev və Paşinyanla ayrı-ayrılıqda görüşəcək”


“Qarşıdakı iki gün Rusiya lideri Vladimir Putin üçün gərgin keçəcək”.
Yeniavaz.com
Ura.ru-ya istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O bildirib ki, Putin Avrasiya İqtisadi İttifaqının (Aİİ) və Müstəqil Dövlətlər Birliyinin (MDB) ali orqanlarının iclasları çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşlər keçirəcək.
“Bu görüşlər, təbii ki, bu iki gün ərzində baş tutacaq. Putin hər biri ilə ayrı-ayrılıqda görüşəcək. Bu, mütləq olacaq,” – deyə Peskov bildirib.

DİGƏR XƏBƏRLƏR

Top