Putin Makronla Ukrayna ilə bağlı danışıqlara hazırdır


Rusiya Prezidenti Vladimir Putin Fransa Prezidenti Emmanuel Makronla Ukrayna ilə bağlı danışmağa hazırdır.
Yeniavaz.com
xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
O bildirib ki, burada qarşılıqlı siyasi iradənin olması yeganə şərtdir.
“Makron Putinlə söhbətə hazır olduğunu bildirib. O da (Putin – red.) Makronla dialoq aparmağa hazır olduğunu ifadə edib. Əgər qarşılıqlı siyasi iradə varsa, bunu yalnız müsbət qiymətləndirmək olar”, — Rusiya KİV-ləri Peskovun sözlərindən sitat gətirib.
Qeyd edək ki, iki gün əvvəl Makron, ABŞ-nin Ukrayna ilə bağlı sülh razılaşmasına nail olmaq səyləri uğursuz olarsa, Avropa İttifaqının Putinlə birbaşa danışıqları bərpa etməli olacağını deyib.

DİGƏR XƏBƏRLƏR

Top