
Prezident Donald Tramp administrasiyası ABŞ, Rusiya və Ukrayna arasında təhlükəsizlik üzrə məsləhətçi səviyyəsində üçtərəfli görüşün keçirilməsini təklif edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat yayıb.
Bu təklifi Ukrayna prezidentinə hazırda Mayamidə Amerika tərəfi ilə müharibəyə son qoymaq üçün “sülh planı” ilə bağlı məsləhətləşmələr aparan Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov çatdırıb.
Zelenskinin sözlərinə görə, o, bu görüşün yeni nəsə verəcəyinə əmin deyil, lakin hələ də keçirməyə dəyər, çünki Türkiyədə analoji danışıqlar əsir düşən hərbçilərin və mülki şəxslərin geri qaytarılması ilə nəticələnib:
“Mən çox şadam ki, bizim mübadilələrimiz olub. Xalqımız, hərbçilərimiz, ilk növbədə, girovlar evlərinə qayıtdılar. Və mülki şəxslər. Ona görə də biz belə addımlar atmalıyıq. Əgər indi belə bir görüş mübadiləyə və ya liderlərin üçtərəfli görüşü ilə bağlı razılaşma ilə nəticələnə bilərsə.. Mən bunu dəfələrlə demişəm, mürəkkəb məsələlər var ki, onları ölkə başçıları həll etməlidir. Ona görə mən qarşı ola bilmərəm, biz ABŞ-nin təklifini dəstəkləyirik. Baxarıq, nə olacaq”.
Tətbiqimizi yükləyə bilərsiniz