Bu həftə Türkiyədə üçüncü PUA qəzaya uğradı


Naməlum pilotsuz uçuş aparatı (PUA) Türkiyənin şimal-qərbindəki Balıkesir vilayətində qəzaya uğrayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Haberler” məlumat yayıb.
Bildirilib ki, PUA-nı fermerlər Manyas rayonundakı tarlada aşkar ediblər. Pilotsuz uçuş aparatın üzərində heç bir müəyyənedici işarə və ya bayraq aşkar edilməyib. Təyyarə texniki analiz üçün Ankaraya təhvil verilib.
Qeyd edək ki, bu, Türkiyədə bu həftə aşkar edilən üçüncü PUA-dır.
Dekabrın 15-də Türkiyə hərbçiləri Qara dəniz üzərində Türkiyə hava məkanına doğru uçan naməlum pilotsuz təyyarəni vurub. Dekabrın 19-da Türkiyənin şimal-qərbindəki Kocaeli vilayətində daha bir pilotsuz təyyarə qəzaya uğrayıb. Türkiyə Daxili İşlər Nazirliyinin ilkin məlumatına görə, bu, kəşfiyyat və müşahidə üçün istifadə edilən Rusiya istehsalı olan “Orlan-10” pilotsuz uçuş aparatı olub.

DİGƏR XƏBƏRLƏR

Top