Azərbaycan yanacağını Ermənistana çatdıran ilk qatarın görüntüləri − Video


Azərbaycan neft məhsulunu Ermənistana çatdıran ilk qatarın videogörüntüləri yayılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Report” məlumat yayıb.
Bildirilib ki, dekabrın 19-da gecə saat 01:00 radələrində “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) yük qatarı ilə Böyük Kəsik stansiyasına gətirilən 22 vaqona yüklənmiş 1220 ton Aİ-95 markalı avtomobil yanacağı 4 saat sonra Gürcüstana yola salınıb.
Daha sonra yük Gürcüstan vasitəsilə Ermənistana çatdırılıb.
Qeyd edək ki, bu barədə razılaşma noyabrın 28-də Qəbələ şəhərində Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev ilə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın görüşündə əldə olunub.
Xatırladaq ki, bu ilin noyabr ayında Qazaxıstan və Rusiya taxılı Azərbaycan üzərindən Ermənistana daşınıb.

DİGƏR XƏBƏRLƏR

Top