
Mayamidə Ukrayna nümayəndə heyəti ilə ABŞ və Avropa ölkələrinin nümayəndələri arasında keçirilən görüş başa çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukrayna nümayəndə heyətinin rəhbəri, Ukrayna Milli Təhlükəsizlik Şurasının (MTX) katibi Rustem Umerov özünün telegram kanalında məlumat verib.
“Biz ABŞ-də amerikalı və avropalı tərəfdaşlarla görüşü başa çatdırdıq. Ukrayna Prezidenti Volodimir Zelenskiyə görüşün nəticələri barədə məlumat verdik”, - Umerov yazıb.
Onun sözlərinə görə, danışıqlar zamanı növbəti addımlar və yaxın gələcəkdə birgə işlərin davam etdirilməsi ilə bağlı razılıqlar əldə olunub.
Qeyd edək ki, dekabrın 18-də “Axios” məlumat yayıb ki, Rusiya prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyevlə ABŞ prezidentinin nümayəndəsi Stiven Uitkoff və Trampın kürəkəni Cared Kuşner arasında görüş bu həftəyə nəzərdə tutulub.
Tətbiqimizi yükləyə bilərsiniz