Vətən müharibəsi iştirakçısı vəfat etdi


Gəncədə 44 günlük Vətən müharibəsi iştirakçısı olan 1987-ci il təvəllüdlü Aslan Yevgeni oğlu Zeynalov vəfat edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.
Bildirilib ki, mərhum 1992-ci ildə Birinci Qarabağ müharibəsində itkin düşən Yevgeni Zeynalovun oğludur.
Ailə üzvlərini itirən Aslan Zeynalovun bir övladı yadigar qalıb.
Aslan Zeynalov Gəncə şəhər Şəhidlər xiyabanı kompleksindəki qəbiristanlıqda torpağa tapşırılıb.

DİGƏR XƏBƏRLƏR

Top