
Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (IFFHS) “Pari Sen-Jermen” (PSJ) və Fransa millisinin hücumçusu Usman Dembeleni 2025-ci ilin ən yaxşı futbolçusu seçib.
Yeniavaz.com xəbər verir ki. bu barədə məlumat IFFHS-nin rəsmi saytında öz əksini tapıb.
Fransalı futbolçu 153 xalla birinci yeri tutub. Lamin Yamal (“Barselona”) 97 xalla ikinci, Harri Keyn (“Bavariya”) isə 62 xalla üçüncü olub.
18 yaşlı “Barselona” və İspaniya millisinin hücumçusu Lamin Yamal isə 233 xalla 2025-ci ilin ən yaxşı gənc oyunçusu seçilib.
Bu siyahıda Desire Due (PSJ) xalla ikinci, Estevao (“Palmeyras”/”Çelsi”) isə 50 xalla üçüncü yeri tutub.
2025-ci il üçün ən yaxşı qapıçısı adına İngiltərənin “Mançester Siti” klubunun qolkiperi Canluici Donnarumma layiq görülüb. 26 yaşlı “əlcək sahibi” 169 xalla birinci olub.
“Real Madrid”dən Tibo Kurtua ikinci (65 xal), “İnter”dən Yann Sommer üçüncü (59) yeri tutub.
Qadınlar arasında 2025-ci ilin ən yaxşı futbolçusu isə 196 xalla “Barselona”dan Aytana Bonmati seçilib. Alessiya Russo (“Arsenal”) 70 xalla ikinci, Mariona Kaldentey (“Arsenal”) isə 70 xalla üçüncü olub.
Qadınlar arasında 2025-ci ilin ən yaxşı qapıçısı 149 xalla Hanna Hempton (“Çelsi”) olub. Kata Koll (“Barselona”), 128 xalla ikinci, Enn Katrin Berger (“Qotem”) isə xalla üçüncü yeri tutub.
Qeyd edək ki, Dembele, Bonmati və Donnarumma FIFA tərəfindən də 2025-ci ilin ən yaxşıları seçilib.
Tətbiqimizi yükləyə bilərsiniz