ABŞ Qəzzanın yenidən qurulması üçün 100 milyard dollarlıq layihə hazırlayır


ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və Amerika liderinin kürəkəni Cared Kuşner Qəzza zolağının yenidən qurulması üçün təklif hazırlayıblar.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) mənbələrə istinadla məlumat yayıb.
“Sunrise” (“Şəfəq”) adlanan bu layihə “bombalanmış anklavı parayan bir metropolisə çevirməyi” nəzərdə tutur.
Amerika tərəfi bunun 10 il çəkəcəyini və 112,1 milyard dollara başa gələcəyini təxmin edir.
Nəşrin yazdığına görə, planda Qəzzanın yenidən qurulmasını hansı ölkələrin və şirkətlərin maliyyələşdirəcəyi, eləcə də 2 milyon fələstinlinin yenidənqurma zamanı harada yaşayacağı göstərilmir.
“The Wall Street Journal” qəzetinin məlumatına görə, ABŞ bu layihədə əsas oyunçu olmağa hazırdır.
Vaşinqton 60 milyard dollarlıq qrantın ayrılmasını dəstəkləyir və bütün işləri yerinə yetirmək üçün nəzərdə tutulan kredit üzrə zamin kimi çıxış etməyi üzərinə götürür.
Plana əsasən, Qəzza zolağı 10 il ərzində müstəqil şəkildə yenidənqurma işlərini maliyyələşdirə və nəticədə kreditləri geri ödəməyə başlaya bilər.
Adı çəkilməyən ABŞ rəsmisi qəzetə bildirib ki, təklif artıq varlı Türkiyə və Misir də daxil olmaqla potensial donorlara təqdim edilib.
Nəşrin məlumatına görə, Uitkoff, Kuşner və bir neçə digər rəsmi son 45 gündür ki, bu plan üzərində işləyirlər.

DİGƏR XƏBƏRLƏR

Top