Ukrayna Rusiyanın iki qırıcı təyyarəsini vurdu


Ukrayna ordusu dekabrın 20-nə keçən gecə Rusiyanın iki Su-27 təyyarəsi vurub.
Yeniavaz.com
Ukrayna KİV-ə istinadla xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Ukrayna Təhlükəsizlik Xidmətinin “Alfa” qrupu tərəfindən idarə olunan uzaqmənzilli pilotsuz uçuş aparatlar Krımdakı "Belbek" Rusiya hərbi aerodromundakı iki Su-27 təyyarəsini sıradan çıxarıb.
Təyyarələrdən biri tam yüklənmiş və döyüş tapşırığına hazır vəziyyətdə olub. Hər iki təyyarənin təxmini qiyməti 70 milyon dollardır.
Bundan əlavə, dispetçer qülləsinə də ziyan dəyib. Bu isə aerodromda uçuşların təşkilini və idarə olunmasını çətinləşdirə bilər.
“Bu, son günlərdə Belbek aerodromuna edilən ikinci uğurlu hücumdur. Dekabrın 18-də Xidmətin dronları bu aerodromda yüz milyonlarla dollar dəyərində Rusiya texnikasını məhv edib. Bunlar tam təchiz olunmuş MiQ-31 təyyarəsi, iki uzaqmənzilli ”Nebo-SVU” radar kompleksi, “S-400 Triumph” hava hücumundan müdafiə sisteminin 92N6 radar kompleksi və “Pantsir-S2” hava hücumundan müdafiə sistemidir“, - deyə məlumatda qeyd edilib.

DİGƏR XƏBƏRLƏR

Top