
“Ford” şirkəti ABŞ-də parklanma sistemindəki problemlə əlaqədar 270 mindən çox elektrik və hibrid avtomobili geri çağırır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “apnews.com” poralı məlumat yayıb.
“Ford” ABŞ-də 270.000-dən çox elektrik və hibrid avtomobili geri çağırır, çünki park köməkçi funksiyasındakı problem nəqliyyat vasitəsinin təsadüfən hərəkət etməsinə səbəb ola bilər”, - məlumatda qeyd edilib.
Həmçinin, məlumatda qeuyd edilib ki, söhbət “F-150 Lightning BEV”, “Mustang Mach-E” və “Maverick” seriyasından olan bir sıra nəqliyyat vasitələrindən gedir.
Tətbiqimizi yükləyə bilərsiniz