
1 fevral 2026-cı il tarixindən etibarən Roma hakimiyyəti paytaxtın “Trevi Fəvvarəsi”nə giriş üçün 2 avro ödəniş tətbiq edəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə Roma bələdiyyəsinin rəsmi saytında məlumat verilib.
Məlumata görə, bu qayda yalnız turistlərə və qeyri-rezidentlərə şamil ediləcək.
Məlumatda bildirilir ki, yeni qayda insanların axınını tənzimləmək, abidəni qorumaq və istifadəsinin keyfiyyətini artırmaq məqsədi daşıyır.
Qeyd edək ki, “Trevi Fəvvarəsi”nin tikintisinə 1732-ci ildə başlanılıb. Şöhrət qazanmasına qismən Federiko Fellininin rejissorluğu ilə çəkilmiş “Şirin Həyat” (“La Dolce Vita”, 1960) filmi səbəb olub. Fəvvarədə əsas personaj Silviyanın olduğu səhnə dünya kinosunun ikonik bir hissəsinə çevrilib.
Tətbiqimizi yükləyə bilərsiniz