Məktəb müəllimi direktoru vurub? − Video


Sosial şəbəkələrdə yayılan Qobustan rayonu Ərəbşahverdi kənd ümumi orta ümumtəhsil məktəbinin müəlliminin direktora qarşı uyğunsuz davranışını əks etdirən video ilə bağlı araşdırma aparılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Qafqazinfo”ya Dağlıq Şirvan Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, araşdırma nəticəsində görüntülərdəki hadisənin 30 oktyabr 2025-ci il tarixində baş verdiyi məlum olub:
“Təhsilverənlərin etik davranış qaydaları”nı pozduğuna görə təhsil müəssisəsi rəhbərinin müvafiq əmrinə əsasən həmin müəllim barəsində intizam tənbehi tədbiri görülüb”.

DİGƏR XƏBƏRLƏR

Top