Belçikada bir muzeydən Napoleonun üzüyü oğurlandı


İki naməlum şəxs Belçikanın Jenap kommunasında yerləşən Napoleonun Son Qərargah Muzeyinə daxil olaraq kolleksiyadan bir neçə əşya oğurlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə RTBF telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, hadisə dekabrın 17-dən 18-nə keçən gecə baş verib. İtkin əşyalar arasında Napoleonun özünə məxsus qızıl və brilyant üzük, həmçinin Napoleon dövrünə aid qızıl və gümüş sikkələr də olub.
Oğurluq faktı ilə bağlı araşdırmalara başlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top