Dubay hava limanında 200-dən çox reys gecikdi və ləğv edildi


Dubay hava limanında güclü yağış və tufan səbəbindən 200-dən çox reys gecikib və ya ləğv edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Jurnalistlərin məlumatına görə, hava limanında 214 reys gecikib və ya ləğv edilib. 159 reysin gəlişi gecikib, daha 46-nın uçuş vaxtı gecikib, doqquzu isə ləğv edilib. 
Qeyd edək ki, dekabrın 19-da səhər saatlarında Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) şiddətli yağış yağıb. Bölgədə əvvəlcə güclü qum fırtınası baş verib, ardınca leysan yağıb. Ölkənin ən böyük şəhərlərindən biri olan Dubayı su basıb.

DİGƏR XƏBƏRLƏR

Top