Astarada itkin düşən balıqçının meyiti İranda tapıldı


Astarada itkin düşən balıqçının meyiti Xəzər dənizinin İran sektorunda tapılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Report” məlumat yayıb.
Bildirilib ki, ilkin məlumata görə, meyitin əvvəllər itkin düşənlər siyahısında olan 1997-ci il təvəllüdlü Turan Eyvaz oğlu Həsənova məxsus ola biləcəyi bildirilir.
Daxil olan məlumata görə, hazırda meyitin Azərbaycan tərəfinə təhvil verilməsi istiqamətində işlər aparılır.
Qeyd edək ki, bu gün səhər saatlarında Astara rayonunun Şahağac kəndi yaxınlığında daha bir balıqçı, 1999-cu il təvəllüdlü Ağadadə Həsənovun meyiti tapılıb.

DİGƏR XƏBƏRLƏR

Top