
Bir neçə ölkədə istifadəçilər “YouTube” videohostinq saytında nasazlıqlar olduğunu bildiriblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Downdetector” saytının məlumatında deyilir.
Bildirilib ki, ən çox şikayət ABŞ-dadır, 10,200-dən çox. İstifadəçilərin 77%-i vebsayt, 16%-i video yayımı, 8%-i isə proqramın işləməməsi ilə bağlı problem olduğunu bildirib.
“Downdetector”un məlumatına görə, Böyük Britaniya, Almaniya, İtaliya və Fransada da nasazlıqlar müşahidə olunub.
Qeyd edilib ki, şikayətlərin pik həddi saat 16:40-18:00 arasında qeydə alınıb.
Tətbiqimizi yükləyə bilərsiniz