Türkiyədə naməlum PUA düşdü


Türkiyənin qərbində yerləşən Kocaeli vilayətində naməlum pilotsuz uçuş aparatı qəzaya uğrayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Türkiyənin İHA xəbər agentliyi məlumat yayıb.
“Yerli sakinlər dövlət orqanlarına məlumat veriblər ki, onlar Çubuklubala rayonu ərazisindəki kəndlərdən birində düşmüş PUA aşkar ediblər. Polis hadisə yerinə gəlib”, - məlumatda deyilir.
Hadisə ilə bağlı araşdırmalara başlanıldığı da bildirilib.
Qeyd edək ki, dekabrın 15-də Türkiyə Müdafiə Nazirliyi respublika ordusunun Qara dəniz üzərində pilotsuz uçuş aparatının aşkar edilərək vurulması barədə məlumat yayıb. Nazirlik qeyd edib ki, hərbi qulluqçular Qara dəniz üzərində Türkiyə hava məkanına yaxınlaşan hava hədəfi aşkar ediblər. Onlar NATO-nun təqdim etdiyi F-16 döyüş təyyarəsi ilə onu izləyiblər. Daha sonra obyektin idarəetmədən çıxan dron olduğu müəyyən edilib. Pilotsuz təyyarə yaşayış məntəqəsindən kənarda təhlükəsiz ərazidə vurulub. 

DİGƏR XƏBƏRLƏR

Top