Luvr normal fəaliyyətini bərpa etdi


Luvr əməkdaşlarının üç günlük tətili başa çatıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fransanın “Le Parisien” qəzeti məlumat yayıb. 
Bildirilib ki, tətilə görə Luvrun demək olar ki, bütün salonları bağlanıb, yalnız bir neçəsi həftə ərzində qismən açıq idi.
Nəşrin məlumatına görə, muzeyin iclasında yüzlərlə işçi yekdilliklə bir günlük, 15 dekabrda tətilə səs verib, bəzi işçilər isə hətta müddətsiz etiraz aksiyası keçirməyə çağırıblar. Qərar kadr çatışmazlığı və pis iş şəraiti səbəbindən qəbul edilib. İşçilər öz tələbləri ilə bağlı rəhbərliklə razılığa gələ bilmədiyi üçün tətil dayandırılıb.
Qeyd edək ki, oktyabr ayında iş forması geyinmiş naməlum şəxslər forkliftdən istifadə edərək Luvr muzeyinə daxil olaraq bir neçə dəqiqə ərzində Napoleonun kolleksiyasından boyunbağı, broş və diadem də daxil olmaqla təxminən 88 milyon avro dəyərində olan zinət əşyalarını oğurlayıblar. 

DİGƏR XƏBƏRLƏR

Top