
Rusiya Prezidenti Vladimir Putin bəyan edib ki, Rusiya Avropaya hücum etmək niyyətində deyil və hər hansı yeni “xüsusi hərbi əməliyyatlar” planlaşdırmır.
Yeniavaz.com xəbər verir ki, Rusiya prezidenti bunu BBC müxbiri ilə canlı sual-cavab zamanı deyib.
“Bizə hörmətlə yanaşsanız, heç bir əməliyyat olmayacaq”, prezident deyib.
Bundan sonra Putin avropalıların NATO-nun şərqə doğru genişlənməsi ilə Rusiyanı necə “aldatdıqlarını” bir daha xatırladıb:
“Necə deyərlər, bizi aldatdılar, sadəcə olaraq bizim təhlükəsizlik maraqlarımızı nəzərə almadılar. Orta və uzunmüddətli təhlükəsizlik şərtlərimiz təmin olunarsa, Rusiya dərhal hərbi əməliyyatı dayandıra bilər”.
Prezidentin sözlərinə görə, Rusiya ABŞ və Avropa ilə işləməyə hazırdır, lakin bərabər əsasda və qarşılıqlı hörmətlə:
“Qərblə vuruşan biz deyilik. Siz bizimlə Ukrayna millətçilərinin əli ilə vuruşursunuz”.
Tətbiqimizi yükləyə bilərsiniz