Azərbaycan–Gürcüstan sərhədində yeni keçid məntəqəsi açılacaq


Dekabrın 17-də Gürcüstan Maliyyə Nazirliyinin Gəlir Xidmətinin rəisi İrakli Beraya ilə Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev arasında görüş keçirilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, görüşdə iki ölkə arasında gömrük sahəsində əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri müzakirə olunub.
Gürcüstan mətbuatının yazdığına görə, tərəflər sərhəd-keçid məntəqələrində gömrük prosedurlarının sadələşdirilməsi, eləcə də narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə əməkdaşlığın daha da gücləndirilməsinə xüsusi diqqət yetiriblər.
Görüş zamanı regional əhəmiyyət daşıyan layihələr ətrafında fikir mübadiləsi aparılıb. Gürcüstan və Azərbaycan arasında artan yük dövriyyəsi fonunda ikitərəfli tərəfdaşlığın inkişaf imkanları müzakirə edilib.
Mətbuat açıqlamasında bildirilir ki, regionda tranzit potensialının genişləndirilməsi üçün yeni birgə sərhəd-keçid məntəqəsinin – “İpək Yolu”nun tikintisinin əhəmiyyəti xüsusi vurğulanıb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top