
“Bu dəqiqələrdə Ermənistan–Gürcüstan sərhədini (Ayrum stansiyası) Azərbaycan mənşəli Aİ-95 markalı benzin daşıyan, ümumi həcmi 1300 ton olan 22 vaqon keçməkdədir”.
Yeniavaz.com xəbər verir ki, bunu Ermənistan Respublikasının iqtisadiyyat naziri Gevorq Papoyan özünün “Facebook” səhifəsində yazıb.
“Sözügedən yanacaq Azərbaycan–Gürcüstan–Ermənistan dəmir yolu xətti ilə Ermənistana gətirilib.
Görünür, bu, təkcə Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olmasından sonra deyil, ümumiyyətlə, müstəqillik dövründən bəri iki ölkə arasında baş tutan ilk ticarət-iqtisadi əməliyyatdır”, - Papoyan bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz