Bakıda pirotexniki vasitələrin satıldığı anbar aşkarlandı – Video


Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə partlayıcı, tezalışan maddə və pirotexniki vasitələrin paytaxt ərazisində topdan satışının qarşısı alınıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, tədbir zamanı Bakı şəhərində yerləşən ticarət mərkəzlərinin birində gizli şəkildə pirotexniki vasitələrin satışını təşkil edən 1957-ci il təvəllüdlü E.Hüseynov saxlanılıb:
“Onun həmin ticarət mərkəzi və Suraxanı rayonunda yerləşən anbarlarından yüksək səs, həmçinin işıq effektləri yaradan müxtəlif növ pirotexniki vasitələr aşkarlanıb. Araşdırma aparılır.
Polis əməkdaşları tərəfindən pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir”.

DİGƏR XƏBƏRLƏR

Top