
ABŞ Prezidenti Donald Tramp uşaqlarına spirtli içki içməyi, siqaret çəkməyi və narkotik istifadə etməyi qadağan etdiyini bildirib.
Yeniavaz.com xəbər verir ki, onun çıxışı Ağ Evdən canlı yayımlanıb.
Tramp qeyd edib ki, o özü də siqaret çəkmir, içki içmir və yeganə pis vərdişi “fast food” sevgisidir.
“Mən həmişə uşaqlarıma deyirdim: narkotik qəbul etməyin, içki içməyin, siqaret çəkməyin”, - ABŞ Prezidenti qeyd edib.
Tətbiqimizi yükləyə bilərsiniz