“Finalissima” bu tarixdə keçiriləcək


İspaniya və Argentina arasında keçiriləcək “Finalissima” oyunu 27 mart 2026-cı ildə keçiriləcək.
Yeniavaz.com
xəbər verir ki,  oyun Qətərin Doha şəhərindəki “Lusail” stadionunda baş tutacaq.
Qeyd edək ki, “Finalissima” hazırkı Avropa və Amerika çempionları arasında keçirilən matçdır. Argentina 2024-cü ildə Amerika Kubokunu qazanıb. İspaniya isə 2024-cü ildə Avropa Çempionatının qalibi olub.
Xatırladaq ki, 2022-ci ilin sonuncu Finalissima oyununda Argentina millisi İtaliya millisini 3-0 hesabı ilə məğlub edib. Oyun İngiltərənin London şəhərindəki “Uembli” stadionunda baş tutub.

DİGƏR XƏBƏRLƏR

Top