
ABŞ Prezidenti Donald Tramp ölkənin 2026-cı maliyyə ili üçün ümumi məbləği 900 milyard dollardan çox olan rekord həddə müdafiə büdcəsini imzalayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Məlumata görə, bunun 400 milyon dolları Ukraynaya silah satışına yönəldiləcək.
ABŞ Prezidenti qeyd edib ki, yeni büdcə Müharibə Nazirliyinə “Güc yolu ilə sülh” siyasətini həyata keçirməyə, ölkəni daxili və xarici təhdidlərdən qorumağa, müdafiə sənayesi bazasını gücləndirməyə imkan verəcək.
Onun sözlərinə görə, sənəd digər məsələlərlə yanaşı, “Qızıl günbəz” raketdən müdafiə sisteminin inkişafına yönəlmiş tədbirləri də tənzimləyəcək.
Qeyd edək ki, dekabrın 17-də ABŞ Konqresi 901 milyon dollarlıq qanun layihəsini təsdiq edib. Qanun layihəsi, digər məsələlərlə yanaşı, 2026 və 2027-ci illərdə Ukraynaya 400 milyon dollarlıq yardım ayrılmasını nəzərdə tutur.
Xatırladaq ki, ABŞ-nin 30 sentyabrda başa çatan 2025-ci maliyyə ili üçün hərbi büdcəsi 884 milyard dollar təşkil edib.
Tətbiqimizi yükləyə bilərsiniz