Masazırda işıq olmayacaq


Masazırın bəzi ərazilərində bu gün elektrik enerjisinin verilişində fasilə olacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 110/35/10 kV-luq yarımstansiyasının 10 kV-luq bölməsində təmir işləri aparılacaq.
“Qeyd olunanlarla əlaqədar olaraq 19 dekabr tarixində saat 10:00-dan saat 15:00-dək Masazır qəsəbəsi Əliağa Vahid, Zərifə Əliyeva, Rəşad Hüseynov, Yusif Səmədov küçələri, "Qurtuluş 93", "Yeni Bakı, "Nahid", "Abşeron Gənclər Şəhərciyi" Mənzil Tikinti Kooperativlərində (MTK) elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top