“TikTok” ABŞ-dəki biznesini satmaq üçün müqavilə imzaladı


“TikTok” ABŞ bölməsini bir qrup amerikalı investora satmaq üşün müqavilə imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Axios” portalı şirkətin daxili sənədinə istinadla məlumat yayıb.
Portalın məlumatına görə, sövdələşmənin 22 yanvar 2026-cı ildə bağlanması gözlənilir. Şərtlərə əsasən, “Oracle”, “Silver Lake” və MGX şirkətləri “TikTok”un ABŞ-dəki törəmə şirkətində ümumilikdə 45% pay alacaqlar.
Onun ana şirkəti “ByteDance” isə 20%-ə sahib olacaq və səhmlərin təxminən üçdə biri onunla əlaqəli investorlara veriləcək.
Qeyd edək ki, sentyabrın 5-də Tramp “TikTok”un ABŞ-dəki əməliyyatlarını Amerika qurumuna təhvil verəcək müqaviləni təsdiqləyən sərəncam imzalayıb. Sərəncama əsasən, ABŞ vətəndaşları yeni qurumda ən böyük paya və nəzarətə sahib olacaqlar. “ByteDance” 20%-dən az pay alacaq, qalan hissəsi isə konkret investorlara məxsus olacaq. Şirkət yeni direktorlar şurası tərəfindən idarə olunacaq. Yeni şirkətin dəyəri təxminən 14 milyard dollar olacaq.
Xatırladaq ki, “ByteDance” şirkətinin sosial şəbəkəni satmasını və ya ABŞ-dəki fəaliyyətini dayandırmasını tələb edən qanun 2024-cü ildə ABŞ-nin keçmiş prezidenti Co Bayden tərəfindən imzalanmışdı. Tramp isə əksinə platformaya rəğbət bəslədiyini ifadə etdi və 20 yanvar 2025-ci ildə andiçmə mərasimindən sonra platformanın ABŞ-də bloklanmasını təxirə salan sərəncam imzaladı. Daha sonra o, bu təxirəsalmanı bir neçə dəfə, ən sonuncu dəfə 16 sentyabrda uzatdı və ABŞ-də sosial şəbəkənin bloklanması 16 dekabra qədər təxirə salındı.

DİGƏR XƏBƏRLƏR

Top