
Konfrans Liqasında Liqa mərhələsi başa çatıb.
Yeniavaz.com xəbər verir ki, 1/8 final mərhələsinə “Strasburq” (Fransa), “Rakuv” (Polşa), “Spartak” (Çexiya), “Rayo Valyekano” (İspaniya), “Maynz” (Almaniya), “AEK Larnaka” (Kipr), “AEK Afina” (Yunanıstan) və “Şaxtyor” (Ukrayna) vəsiqə qazanıb.
1/8 finalın qalan yerləri uğrunda isə pley-off mərhələsi keçiriləcək.
“Lozanna” (İsveçrə), “Kristal Pelas” (İngiltərə), “Lex” (Polşa), “Samsunspor” (Türkiyə), “Çelye” (Sloveniya), “AZ Alkmaar” (Hollandiya), “Fiorentina” (İtaliya), “Riyeka” (Xorvatiya), “Yaqiellonia” (Polşa), “Omonia” (Kipr), “Drita” (Kosovo), KUPS (Finlandiya), “Şkendiya” (Şimali Makedoniya), “Zrinski” (Bosniya və Herseqovina), “Siqma” (Çexiya) və “Noah” (Ermənistan) 1/8 finala vəsiqə qazanmaq üçün pley-offda bir-birləri ilə mübarizə aparacaqlar.
Qeyd edək ki, pley-off mərhələsinin püşkatması 16 yanvarda keçiriləcək. İlk oyunlar 19 fevralda, cavab oyunları isə 26 fevralda baş tutacaq.
Tətbiqimizi yükləyə bilərsiniz