
“İspaniyanın “Barselona” futbol klubu almaniyalı baş məşqçi Hans-Diter Fliklə müqaviləni 2028-ci ilə qədər uzatmağı planlaşdırır”.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.
Məşqçinin hazırkı müqaviləsi 2025-ci ilin mayında imzalanıb və 2026/27 mövsümünün sonuna qədər nəzərdə tutulub.
Qeyd edilib ki, “Barselona" rəhbərliyi həmçinin “Atletiko Madrid”dən argentinalı hücumçu Culian Alvares ilə də maraqlanır. Bu, kluba ən azı 100 milyon avroya başa gələ bilər.
Xatırladaq ki, 60 yaşlı Flik 2024-cü ilin mayında “Barselona”nın başına keçib. Almaniyanın rəhbərliyi altında keçirdiyi ilk mövsümdə komanda Superkubok, Kral Kuboku və İspaniya liqasının qalibi olub.
Tətbiqimizi yükləyə bilərsiniz