“Tramp Marşrutu” üzrə Ermənistan-ABŞ işçı qrupunun görüşü keçirildi


2025-ci il avqustun 8-də Vaşinqton Sülh Sammitində əldə olunmuş razılaşmaların, əsasən də “Tramp Marşrutunun” həyata keçirilməsi çərçivəsində Ermənistan-ABŞ işçi qrupunun ilk iclası keçirilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüş dekabrın 17-də keçirilib.
Distant keçirilən görüşdə Ermənistan tərəfi adından xarici işlər nazirinin müavini Vahan Kostanyan, Amerika tərəfi adından isə ABŞ dövlət katibinin köməkçisinin müavini Sonata Kulter çıxış edib.
Kostanyan ABŞ-nin Cənubi Qafqazda sülhün bərqərar olunmasına əhəmiyyətli dəstəyini vurğulayıb və Ermənistan-ABŞ anlaşma memorandumlarının həyata keçirilməsi üçün Ermənistan tərəfinin fəal işləməkdə maraqlı olduğunu təsdiq edib.

DİGƏR XƏBƏRLƏR

Top