
“Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə dair Rusiya-Amerika danışıqları bu həftəsonu Mayamidə baş tuta bilər”.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Politico” mənbələrə istinadən məlumat yayıb.
Qəzetin məlumatına görə, məsləhətləşmələrə çox güman ki, Rusiya prezidentinin xüsusi nümayəndəsi və Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşner daxil olacaq.
Xatırladaq ki, ötən gün Tramp bəyan edib ki, Uitkoff əvvəllər Rusiya haqqında heç nə bilmirdi, lakin Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlar aparmaq üçün ən yaxşı namizəddir.
Tətbiqimizi yükləyə bilərsiniz