
Moskvanın Tverskoy Məhkəməsi Moskva yaxınlığındakı Qorki-2 kəndində məktəbə basqın etməkdə təqsirləndirilən yeniyetmə Timofey K.-ni həbs edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Agentlik məhkəmənin qərarının icraat hissəsinə istinad edib. TASS-ın hüquq-mühafizə orqanlarındakı mənbəsi daha əvvəl bildirib ki, iş materiallarında yetkinlik yaşına çatmayanlar haqqında şəxsi məlumatlar olduğu üçün həbs qətimkan tədbirinin müəyyən edilməsi üzrə məhkəmə iclası bağlı qapılar arxasında keçiriləcək.
Xatırladaq ki, dekabrın 16-da 15 yaşlı Timofey K. Moskva vilayətinin Odintsovo rayonunda məktəbə daxil olaraq şagirdlərə hücum edib. O, mühafizəçini yaralayıb və 10 yaşlı 4-cü sinif şagirdi Kobiljon Əliyevi öldürüb.
Hücum zamanı Timofey K.-nin məktəbdəki uşaqlardan milliyətlərini soruşduğu bildirilir. O, üzərində kütləvi qətllərə işarə edən şüarlar yazılmış paltar geyinib.
Yeniyetmə adam öldürmə və adam öldürməyə cəhddə ittiham olunur.
Tətbiqimizi yükləyə bilərsiniz