
Ukrayna Krımdakı Belbek aerodromunda Rusiya hərbi texnikasına zərbələr endirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Ukrayna Təhlükəsizlik Xidmətinin “Alfa” qrupu tərəfindən idarə olunan uzaqmənzilli pilotsuz uçuş aparatları Rusiyanın tam təchiz olunmuş “Miq-31” təyyarəsini sıradan çıxarıb (təxmini qiyməti 30-50 milyon ABŞ dolları arasında dəyişir).
Sıradan çıxarılan hərbi texnikalar arasında iki uzaqmənzilli ”Nebo-SVU” radar kompleksi (qiyməti təxminən 60-100 milyon ABŞ dolları qiymətləndirilir), “S-400 Triumph” hava hücumundan müdafiə sisteminin 92N6 radar kompleksiı (qiyməti təxminən 30 milyon ABŞ dolları, ixrac qiyməti isə 60 milyon ABŞ dollarıdır) və “Pantsir-S2” hava hücumundan müdafiə sistemi (qiyməti təxminən 12 milyon ABŞ dolları, ixrac qiyməti isə təxminən 19 milyon ABŞ dolları təşkil edir) var.


Tətbiqimizi yükləyə bilərsiniz