
Bundestaqın (Almaniya parlamenti) Büdcə Komitəsi Bundesver (Almaniya Silahlı Qüvvələri) üçün 50 milyard avrodan çox dəyərində müdafiə təchizatı paketini təsdiqləyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, vəsait hərbçilər üçün mühafizə vasitələri və formaların alınmasında istifadə olunacaq. Bundan əlavə, “Arrow 3” raketdən müdafiə sisteminin genişləndirilməsinə təxminən 4 milyard avro, “Patriot” hava hücumundan müdafiə sistemi üçün isə 2 milyard avro ayrılacaq. Əlavə “Puma” piyada döyüş maşınların alınmasına 4 milyard avrodan çox vəsait xərclənəcək.
25 milyon avroluq həddi aşan satınalma layihələri isə Bundestaqın Büdcə Komitəsi tərəfindən təsdiqlənməlidir.
2026-cı ildə Almaniyanın müdafiə büdcəsi təxminən 108 milyard avroya qədər artacaq ki, bu da Soyuq Müharibənin bitməsindən bəri ən yüksək səviyyədir.
Vəsaitlər əsasən hərbi texnika və sursat almaq üçün istifadə olunacaq. Bunun əhəmiyyətli bir hissəsi kreditlər hesabına maliyyələşdiriləcək.
Tətbiqimizi yükləyə bilərsiniz