Paşinyan Azərbaycandan ilk neft məhsullarının göndərilməsini alqışladı


Ermənistanın Baş naziri Nikol Paşinyan neft məhsullarının ilk partiyasının Azərbaycandan Ermənistana göndərilməsini alqışlayıb.
Yeniavaz.com
Ermənistan KİV-ə istinadla xəbər verir ki, baş nazir bunu jurnalistlərə bildirib.
“Bilirəm ki, Azərbaycanda istehsal olunan neft məhsullarını daşıyan ilk qatar artıq Ermənistana gəlir. Mən bu inkişafı alqışlayıram”, - deyə Paşinyan bildirib.
Onun sözlərinə görə, ticarət özəl şirkətlər arasında aparılır, lakin bunun üçün siyasi şəraiti yaradan Ermənistanla Azərbaycan arasında bərqərar olan sülhdür.
“Həmçinin siyasi razılaşmalar da var idi. İlk razılaşma artıq reallığa çevrilib”, - deyə Paşinyan bildirib.
Qeyd edək ki, bu gün SOCAR tərəfindən istehsal edilən 22 vaqon Aİ-95 benzini Ermənistana yola salınıb. Bu tədarüklərlə bağlı razılıq noyabrın 28-də Qəbələdə Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri Şahin Mustafayev və Mqer Qriqoryan arasında əldə edilib.

DİGƏR XƏBƏRLƏR

Top