ABŞ kosmosa “uçan disklər” buraxdı


ABŞ-nin “Electron” kosmik raketi cümə axşamı günü ABŞ Kosmik Qüvvələri üçün “DISKSats” adlı “uçan boşqab”ı xatırladan disk formalı dörd kiçik eksperimental peyki uğurla orbitə çıxarıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə raketin istehsalçısı “Rocket Lab” bildirib.
300 kq yük daşıya bilən “Kick Stage Curie” üst pilləli iki mərhələli yüngül sinifli raket Virciniya ştatının Atlantik sahillərindəki Uollops adasında yerləşən NASA-nın Kosmik Mərkəzinin LC2 buraxılış kompleksindən buraxılıb.
Şərq vaxtı ilə saat 00:03-də buraxılan peyklər təxminən bir saat sonra 550 km yüksəklikdə təyin olunmuş orbitə yerləşdirilib.
ABŞ Kosmik Qüvvələri bu peyklərdən aşağı Yer orbitini araşdırmaq üçün isitfadə etməyi nəzərdə tutur.
Standart “kubsat”ardan fərqli olaraq, disk tipli cihaz daha yüksək enerji sıxlığına malikdir. Konfiqurasiyasına görə, o, hər dövrədə 100 vatta qədər enerji istehsal edə bilir. Bu peyklərdə həmçinin, günəş batareyaları və elektron cihazlar üçün modul yerləşir. Bu isə mürəkkəb qatlanan günəş panellərinə ehtiyacı aradan qaldırır. Peyk manevr etmək üçün elektrik raket mühərriki ilə təchiz olunub.

DİGƏR XƏBƏRLƏR

Top