Ticarət mərkəzində bu nöqsanlar aşkarlandı – Fotolar


Sabirabad rayonu, Qaragüney kəndində fəaliyyət göstərən “Elşən Gülşən” ticarət mərkəzində nöqsanlar aşkarlanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Belə ki, baxış zamanı marketdə qida məhsullarının saxlanma şəraitinə əməl olunmadığı, işçi heyətin tibbi müayinədən keçmədiyi və digər nöqsanlar müəyyən edilib. Həmçinin yararlılıq müddəti bitmiş, müvafiq müşayiətedici sənədləri olmayan qida məhsulları və istehsalçı, ünvan, istehsal tarixi barədə dolğun məlumatlar qeyd edilməyən, Azərbaycan dilində etiket məlumatları olmayan 393 ədəd müxtəlif əmtəə nişanlı alkoqollu içki aşkarlanıb.
Faktla bağlı ictimai iaşə obyektinin rəhbəri Əvəz Sarxan oğlu Muradov barəsində inzibati protokol tərtib edilib. İstehlaka yararsız məhsullarla bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunaraq satışdan çıxarılıb.

DİGƏR XƏBƏRLƏR

Top