Şahramanyan Ermənistan İstintaq Komitəsində dindirildi


Qondarma Dağlıq Qarabağ Respublikasının qondarma rəhbəri Samvel Şahramanyan Ermənistan İstintaq Komitəsində şahid qismində dindirilib.
Yeniavaz.com
“Sputnik Ermənistan”a istinadla xəbər verir ki, o bu barədə İstintaq Komitəsindən çıxdıqdan sonra jurnalistlərə bildirib.
Şahramanyanın sözlərinə görə, dindirmə 2023-cü il hadisələri və onların nəticələri ilə bağlı olub.
O, istintaqın məxfiliyini əsas gətirərək təfərrüatları açıqlamaqdan imtina edib.
Şahramanyan deyib ki, müstəntiqlərin bütün suallarına ətraflı cavablar verib.
Qeyd edək ki, Şahramanyan 2025-ci ilin iyun və iyul aylarında da bu iş üzrə 12 dəfə dindirilib.
Xatırladaq ki, Şahramanyan dekabrın əvvəlində də İstintaq Komitəsinə çağırılmış və bundan sonra mətbuat dindirmənin müxalif “Vətən naminə Tavuş” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan tərəfindən ona verilən avtomobillə bağlı olduğunu bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top