FHN “Ali İmran”dan 398 min manatlıq inventar alacaq


Fövqəladə Hallar Nazirliyinin (FHN) Maddi-Texniki Təchizat İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin nəticəsi məlum olub.
Yeniavaz.com
xəbər verir ki, tender müsabiqəsinin qalibi “Ali İmran” MMC (VÖEN – 1003915211) olub.
Tenderin qalibi olan şirkət FHN-yə ümumi təyinatlı inventarlar satacaq və qarşılığında 397 min 868 manat 31 qəpik alacaq.
Qeyd edək ki, nizamnamə kapitalı 10 manat olan “Ali İmran” MMC 2015-ci ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu Qədirbəyov. ev 14-də yerləşən MMC-nin qanuni təmsliçisi Məlikov Elçin İmran oğludur.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top